Fransada yeni koronavirus halları aşkar edilib

Fransada yeni koronavirus halları aşkar edilib

Fransada son 24 saatda 21 min 220 nəfərə yeni növ koronavirus diaqnozu qoyulub.

SİA xarici mətbuata istinadən bildirir ki, son 24 saatda 57 nəfər həyatını itirib, virusdan ölənlərin sayı isə 118 min 423-ə yüksəlib. Covid-19-a yoluxanların sayı isə 21 min 220 artaraq 7 milyon 372 min 544 olaraq açıqlanıb. Müsbət covid-19 testlərinin nisbəti 4,2 faizə yüksəlib. 1353-ü reanimasiyada olan 7 min 940 nəfərin müalicəsi xəstəxanalarda davam edərkən, son 7 gündə xəstəxanalarda müalicə alanların sayı 50,65 faiz artıb.

Səhiyyə Nazirliyinin paylaşdığı məlumatlara görə, 27 dekabr 2020-ci il tarixindən etibarən covid-19 peyvəndinin ilk dozasını alanların sayı 51 milyon 674 min 72, ikinci vaksinin isə 50 milyon 599 min 500 nəfərə çatıb. 5 milyon 247 min 811 adama üçüncü doza peyvənd edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə