Hindistanda "Zika" virusu 89 nəfərdə aşkar edilib

Hindistanda "Zika" virusu 89 nəfərdə aşkar edilib

Hindistanın Uttar Pradeş ştatının Kanpur şəhərində 89 nəfərdə "Zika" virusu aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kanpurdakı səhiyyə işçisi dr.Nepal Sinq, bölgədə yoluxma hallarının artdığını ifadə edərək, şəhərdə 17-si uşaq olmaqla 89 nəfərin "Zika" virusu testinin müsbət çıxdığını qeyd edib. Sinq, epidemiyanın yayılmasına nəzarət etmək üçün qruplar qurduqlarını söyləyib. Uttar Pradeş əyalətinin baş naziri Yoqi Adityanat da infeksiyanın şəhərdə sürətlə yayıldığını söyləyib və səlahiyyətlilərə təmizlik işlərini sürətləndirməyi tapşırıb.

Qeyd edək ki, bölgədəki səhiyyə rəsmiləri, Kanpur şəhərində ilk yoluxma hadisəsinin oktyabrın 23-də aşkarlandığını və o vaxtdan bəri yoluxmaların artdığını bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə