Adaçayının müxtəlif xəstəliklərdə müalicəvi təsiri

Adaçayı ana vətəni Aralıq dənizi ölkələri olan “Salvia” növü bitkilərin ümumi adıdır. Bu növün dünya miqyasında 900 ayrı növü mövcutdur. Türkiyə florasında bitən 97 növün 51-i isə endemik bitkilər arasında yer alır.

Alimlər adaçayının beyin üçün faydalı olduğunu açıqlayıb. Məlum olub ki, adaçayı depressiyaya qarşı effektiv təsir göstərir. Həmçinin beyin funksiyasını yaxşılaşdırır, sinirləri və baş ağrısını rahatlaşdırır.

Adaçayı bədəndən zərərli toksinlərin çıxarılmasını təmin edir, bronxit və astma simptomlarını aradan qaldırır, qaraciyəri təmizləyir, sidik yolu infeksiyasının müalicəsində kömək edir, həddindən artıq tərləməni, stressi və qanda şəkəri azaldır. Həmçinin bədəni sakitləşdirir, saçların ağarmasını yavaşladır, yaddaşı gücləndirir, diş ağrılarına qarşı və ağız yaralarını müalicə etmək üçün istifadə olunur, boğaz ağrısını azaldır, qocalma prosesini ləngidir.

Dəmləmək üçün təzə və qurudulmuş adaçayı yarpaqlarından istifadə etmək lazımdır. Gün ərzində iki-üç fincan içilməsi məsləhətdir. Hamilə və süd verən anaların adaçayından imtina etmələri tövsiyə edilir. Diabet və xolesterin dərmanından istifadə edənlərin də eləcə.

Adaçayı Türkiyədə ən çox bitki çayı olaraq istifadə edilir. Təzə adaçayı yarpaqları salatlara yaxud müxtəlif ət və balıq xörəklərinə dad və ətir vermək üçün qatılır. Adaçayı yarpaqlarından əldə edilən ətirli yağ ümumilikdə dərman və kosmetik sənayesində istifadə olunur.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə