Masallı Bioloji Təbabət Klinikasının böyük uğurları

Tural Xaspolad: “Bizim klinika təbiətin qoynunda yerləşir, xəstələr üçün bütün şəraitlər yaradılıb”

Bu gün dünyanın 60-dan çox aparıcı ölkəsində səhiyyədə ən aparıcı sahə olan inteqrativ təbabət - bioloji təbabət əsas yer tutur. Bu üsulla sağalan insanlar elə bu sahənin əsas təbliğatçıları olmaqla özlərinin ən yaxın adamlarını da məhz Bakıda, Sumqayıtda, Göyçayda, Masallıda olan bu klinikalara gətirir, çox ucuz, sərfəli qiymətə müalicə etdirirlər.

Cəmi iki il altı aydır ki, yaranan Masallı Bioloji Təbabət Klinikası da az bir vaxtda təkcə Cənub bölgəsində yox, artıq respublikamızda və qonşu İran İslam Respublikasında da insanların pənah gətirdiyi bir səhiyyə ocağı olub. Şadam ki, bir vaxtlar bu xəstəxananın tikilməsini mən də dostum, dəyərli ziyalı, əsl vətənpərvər insan Elxan Yaqubovdan xahiş etmişdim. Artıq həmin arzumun reallaşmasını və insanların bura belə çox gəlməsini görüb, sevinirəm.

Azərbaycanda bioloji təbabətin yaradıcısı, təşkilatçısı, məşhur iş adamı Elxan Yaqubov 2009-cu ildə Bakıdakı əsas klinikanı yaradanda tam inanırdı ki, təbabətin bu növü tezliklə Azərbaycanda böyük uğur qazanacaq. Deməli, Elxan müəllim düz fikirləşirdi. Bunun mən, Masallı Bioloji Təbabət Klinikasında olanda və baş həkim Tural Xaspoladla söhbət edəndə bir daha şahidi oldum. Tural Xaspolad çox vətənpərvər bir ziyalıdır. Vətən müharibəsi dövründə torpaqlarımızın erməni faşistlərindən təmizlənməsində Tural Xaspoladın da xidmətləri çox olub. O döyüşlərə həkim kimi yox, döyüşçü kimi qatılıb və Füzulidən Şuşaya kimi döyüş yolu keçib. Tural Xaspolad bu gün Vətən müharibəsi qazisidir. O baş həkim kimi öz işinin öhdəsindən yüksək səviyyədə gəlir və həkimlərlə, xəstələrlə bağlı bütün işlərə uğurla rəhbərlik eləyir. Onun belə təşkilatçı, vətənpərvər, öz işinin bilicisi olduğunu görüb, çoxminli oxucularımızla Tural Xaspoladı daha yaxından tanış etmək istədim.

Qısa arayış: Tural Xaspolad Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Türkiyə və Rumıniyada ixtisasartırma kurslarında olub. 2018-ci ilin dekabr ayından, yəni Masallı Bioloji Təbabət Klinikası yaranan gündən burada çalışır. O, burada iki il fizeoterapiya şöbəsinin müdiri olub. Vətən müharibəsi başlayanda könüllü müharibəyə gedib. Şuşaya qədər döyüş yolu keçib. Müharibədən qələbə ilə qayıdan Tural Xaspolad Azərbaycanda Bioloji Təbabət Klinikasının təsisçisi Elxan Yaqubovun əmri ilə Masallı Bioloji Təbabət Klinikasının baş həkimi təyin olunub.

- Tural həkim, bildiyimiz kimi inteqrativ təbabət bu gün dünyada hər addımda klassik təbabəti üstələyir. Bunu mən, dünyanın aparıcı ölklərində inteqrativ təbabət-bioloji təbabət klassik təbabətdən daha üstünlük təşkil etdiyinə görə deyirəm. Bu işi siz Masallı Bioloji Təbabət Klinikasında necə qurubsunuz?

- Mən sizinlə tam razıyam ki, artıq insanlar tam başa düşür ki, ziyanlı təbabət, hormonal və digər zərərli, kimyəvi pereparatlar insanlara heç nə vermir. Bu təbabət əslində insanların bir orqanını sağaldırsa, başqa bir orqanına ziyan vurur. Yəni xəstəliyin simpomunu müvəqqəti görürür, amma tam olaraq, xəstəliyi kökündən müalicə eləyə bilmir. Ona görə də dünya alimləri fikirləşdilər ki, alternativ bir təbabətə ehtiyac var. Məhz ona görə də iki yüz il bundan qabaq, Almaniyada bioloji təbabət yarandı. İnsanlar az bir vaxtda bunun xeyrini gördüklərinə görə, tezliklə də dünya ölklərinə bu təbabət növü yayıldı. XX əsrin sonları və XXI əsrin əvvəllərində inteqrativ təbabət-bioloji təbabət artıq dünyanın 60-dan çox aparıcı ölkəsində özünün təsdiqini tapdı. Bu təbabəti dəyərli ziyalı, öz xalqını dərin məhəbbətlə sevən, xalqının sağlam olmasına, uzun ömür sürməsinə var qüvvəsi ilə çalışan Elxan Yaqubov da Azərbaycana gətirdi. 2002-ci ildən öz maliyyəsi hesabına respublika səviyyəsində həkimlərin bioloji təbabətin incəliklərini öyrənmək üçün kurslar təşik etdi. Həmin kurslarda Almaniyadan, İngiltərədən, Fransadan, İsveçrədən və başqa ölklərdən tanınmış həkimlər gəlib dərs dedilər. Az bir vaxtda beş mindən çox həkim bu təbabəti yaxşı öyrəndi və 2009-cu ildə Bakıda, Memar Əcəmi metrosunun yanında, 3-cü mikrorayonda artıq Bioloji Təbabət Klinikası açıldı. Bura ən müasir tibbi avadanlıqlar gətirildi. Artıq dünyanın tanınmış tibb alimlərindən təhsil alan və az vaxtda öz peşəsinin yüksək mütəxəssisləri olan həkimlər xəstələrin istəklisinə çevrildilər. Ardınca da Göyçayda, Sumqayıtda Bioloji Təbabət Klinikasının filialları yarandı. Bunlar da az bir vaxtda özlərini doğrultdular. Bizim Masallı Bioloji Təbabət Klinikasında da bu gün çox yüksək, peşəkar həkimlər işləyir və yeri gələndə Bakıdakı Mərkəzi Bioloji Təbabət Klinikasının həkimləri də gəlib, burada xəstələri qəbul edir və onlara lazım olan səviyyədə tibbi xidmət göstərirlər.

- Çox maraqlıdır ki, keçmiş Sövetlər birliyində Bioloji Təbabət Klinikası ilk dəfə məhz Azərbaycanda yaranıb. Bu da Elxan Yaqubovun uzaqgörən siyasəti olub.

- Siz düzgün qeyd edirsiniz ki, Elxan müəllim bu təbabətin gələcəkdə böyük uğur verəcəyini əvvəldən gördüyünə görə inteqrativ təbabəti Azərbaycanda tətbiq elədi. Bu təbabətə də respublikamızda və qonşu ölklərdə maraq çox artdı. Yuxarıda dediyim kimi, dünyada bu tibb sahəsinə niyə maraq çox oldu? Çünki bir çox xroniki sağalmayan xəstəliklər remissiya dövrünü yaşayır. Yəni müvəqqəti sönür və sonra yenə də alovlanır. Azərbaycanda da xroniki xəstəliklərin sayı çoxdur. Bioloji təbabətin yaranması səbəbi də məhz ona görə yaxşıdır ki, bu xəstəlikləri kökündən müalicə edib, sağaldır. Bu sahədə də çox böyük nailiyyətlərə imza atıb bioloji təbabət. Klassik təbabətdə çalışan həkimlər də inanmırdı ki, bu xəstəliyi sağaltmaq olar. Məsələn revmatoid artrid çox yayılmış xəstəliklərdən biridir. Bu xəstəlikdə inteqrativ-bioloji təbabətin tətbiqi sübut etdi ki, revmatoid artrid xəstəliyini tam sağaltmaq olar. İnsan hormonal terapiyadan, yataq rejimindən azad ola bilər. Yəni belə xəstələr ən azından qısa müddətdə hormonal terapiyadan dünyalarını dəyişmirlər. İnteqrativ təbabət vasitəsi ilə uzun müddət normal, sağlam həyatlarını yaşayırlar. Bağırsağın iltihabı xəstəliklərini də inteqratiq təbabətlə tam müalicə etmək olur. Ümumiyyətlə, çox xəstəliyin adını çəkə bilərəm ki, inteqrativ-bioloji təbabətlə onları tam sağaltma mümkündür. Məhz buna görə də insanlar buranı ümid qapısı bilib, bizim klinikaya daha çox müraciət edirlər. Həm də bizim klinikada tibbi avadanlıqlar müasir olduğuna görə, xəstənin diaqnozunu tez tapırıq, məhz həmin xəstəliyi də müalicə edirik. Çox yaxşıdır ki, bizim klinikanın stasionar şöbəsi də var. Biz burada cərrahiyyə əməliyyatları da aparırıq. Biz bura xaricdə təhsil alan yüksək peşəkar həkimləri də işə dəvət etmişik.

- Bəs xaricdə təhsil alıb gələn həkimləriniz kimlərdir?

- İki böyük cərrahiyyə blokumuz var. Reanimasiya, anesteziologiya şöbələrini yaratmışıq. Bizim artıq ən ağır xəstələri qəbul etməyə imkanımız var. Burada travmotoloji-ortopedik əməliyyatlar, oynaq protezləri, vətər əməliyyatları, ümumi cərrahiyyə əməliyyatları, mədə kiçiltmə əməliyyatı, qapalı üsulla bütün əməliyyatlar bizim klinikada icra olunur. Eləcə də neyrocərrahiyyə, onurğa yırtığı, uroloji və sairə əməliyatlar da bizim klinikada aparılır. Bizdə radiologiya şöbəsi, MRT, kompüter tomoqrafiya, rentgen, ponorama rentgen fəaliyyət göstərir. Qaranlıq sahədə orqanizmin bütün üzvlərinə baxış və xəstəliklərin dəqiq tapılması olan miskroskopik baxış və bütün bunlar Cənub bölgəsində bizim klinikadan başqa heç yerdə yoxdur. Bütün bu sahələrlə xalqımızın xidmətindəyik. Klinika kompleks olmalıdır. Bizdə də bütün tibbi sahələr və müasir tibbi avadanlıqlar olduğuna görə, xəstələr buradan Bakıya və ya İrana getmir, məhz bizim klinikaya gəlib, müayinə və müalicə olunurlar. Tibb elmi daha sürətlə inkişaf etdiyinə görə biz də çalışırıq ki, müasir tibbin bütün sahələrini öz işimizdə tətbiq edək və yenilikləri bura gətirək.

- Eşitmişik ki, siz Türkiyə Respublikasından da klinikanıza yeni cərrahlar gətiribsiniz. Onlar haqqında nə deyə bilərsiniz?

- 2021-ci ilin may ayının əvvəlindən bizim klinikyaya Türkiyədən iki cavan həkim işləməyə gəlib. Bunlar-uzman-cərrah Ayxan Abbasov və uzman-cərrah Zümrüd Əliyevadır. Hər ikisi əslən azərbaycanlıdırlar. Təhsillərini Türkiyədə alıblar və hər ikisi iki il İstanbul şəhərindəki aparıcı xəstəxanalarda həkim işləyib. Hər ikisi öz işlərinin peşəkarlarıdır. Çox unikal əməliyyatlar edirlər. Nəinki regionda, hətta respublikada çox çətin olan uğurlu cərrahi əməliyyatlar aparırlar. Həftənin yeddi günü onlar bir çox sahə üzrə əməliyyatları böyük uğurla yerinə yetirirlər. Özü də çox mürəkkəb və ağır əməliyyatlar. Bizə yeni qoşulan və Türkiyədə təhsil alan uzman həkim-nevroloq İbrahim Qulamovun da artıq xəstələri çoxdur. O, nevrologiyanın bütün sahələrində həm böyükləri və həm də uşaqları müalicə eləyir. Siz onunla bağlı maraqlı bir müsahibə hazırlayıb, qəzetlərdə, saytlarda təqdim etmisiniz. Həmin yazı oxucular tərəfindən maraqla qarşılanıb. Belə uzman həkimlərin klinikamızda olması o deməkdir ki, xəstələr artıq Bakıya və xarici ölklərə getməyəcək və məhz onlara müraciət edəcək. Həmçinin digər sayılıb-seçilən və böyük təcrübəsi olan mütəxəssisləri də klinikamıza dəvət etmişik. Radiologiya, kompüter tomoqrafiyası sahəsinin peşəkar həkimi olan uzman-həkim Səid Abdullayev də Türkiyədə təhsil alıb. Ümumiyyətlə, klinikamızda çalışan həkimlərin, tibb bacılarının hamısı seçilmiş heyətdir. Hamısı da müasir tibbi mükəmməl bilir. Ona görə də bizim klinikaya təkcə Cənub bölgəsindən yox, İmişlidən, Tovuzdan, Tərtərdən, Beyləqandan, Qubadan, başqa bölgələrdən, hətta Bakıdan da çoxlu xəstə gəlib burada müalicə olunurlar. Hətta Türkiyədən, Qazaxıstandan , Türkmənistandan, İrandan gələn pasiyentlərimiz də var. Bizim klinikada Naxçıvan Duz dağı terapiyası, Naftalan vanna terapiyası da fəaliyyət göstərdiyinə görə, klinikamız həm də sanatoriya tiplidir. İnsanlar bura turist paketi götürüb, gəlib yüksək səviyyədə müalicə olunurlar. Bizim klinika meşənin içində, gözəl təbiəti olan bir yerdədir. Həm də burada xəstələr üçün bütün şərait yaradılıb.

Bu gün ölkə başçımız cənab İlham Əliyev əlindən gələni edir ki, Vətən müharibəsindən qalib çıxmış xalqımız sağlam, gümrah olsun, firavan yaşasın. Biz də ölkə başçımızın təşəbbüslərinə uyğun olaraq insanlarımıza əlimizdən gələn köməklikləri edirik. Axı, sağlamlıq dünyada ən əziz və şirin nemətdir. Biz də istəyirik ki, xalqımız bu nemətdən lazım olan kimi bəhrələnsin. Sağlam bədəndə, sağlam ruh olar. İnsanlarımız belə sağlam ruhla hələ bundan sonra da çoxlu qələbəyə imza atmalıdırlar. Üçrəngli bayrağımızı tezliklə həsrətində olduğumuz doğma yerlərimizə də taxmalıyıq. Yer kürəsində yaşayan 70 milyona yaxın azərbaycanlı kimi, bir qazi olaraq, bu, mənim də ən böyük arzumdur. Burada müalicə olunan bütün qazilərin, şəhid valideylərinin, onların övladlarının da bu, ən ümdə diləyidir. Bunu reallaşdırmasaq, şəhidlərimizin ruhu bizi bağışlamaz!

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə