Mətbuatda xərçəngi dəvət edən, beyini bitirən və yaddaşı öldürən qidalar haqqında mütəmadi olaraq məlumatlar verilir, həkim məsləhətləri dərc edilir. SİA xarici mətbuata istinadən bu qidaları təqdim edir:
Şəkər və şəkər məhsulları
Şəkərin uzun müddət istifadəsi nevroloji problemlərə səbəb olur. Yaddaşı və öyrənmə qabiliyyətini zəiflədir. Bu səbəbdən şəkərdən qaçmaq lazımdır.
Alkoqolun qaraciyəri iflas etdiyi bilinir. Ancaq bilinməyən bir başqa təsir də beynin tükənməsidir. Dəqiq düşünmə qabiliyyətini zəiflədir və yaddaşı yeyir. Alkoqol qısa müddətdə dayandırılsa, təsiri müəyyən qədər düzəldilə bilər. Lakin uzunmüddətli istifadədə qalıcı ziyana səbəb olur.
Fast Food
Montreal Universitetində son araşdırmada “fast food” məhsullarının beyin kimyasını dəyişdirdiyini ortaya çıxardı. Bu, depressiya və narahatlıq problemlərinə səbəb olur. “Fast food” məhsullarındakı qatqıların öyrənməyə, motivasiya olmamasına və yaddaş zəifliyinə səbəb olduğu sübut edilib.
Qızardılmış qidalar
Bütün qızardılmış qidalarda kimyəvi maddələr, qatqılar, süni dadlandırıcılar və qoruyucu maddələr var. Bunlar həm uşaqlarda, həm də böyüklərdə ciddi beyin zədələnməsinə səbəb olur. Qızardılmış qidalar beyin sinirlərinə zərər verir. Bəzi yağlar digərlərindən daha zərərlidir. Təbiətdəki ən zəhərli və təhlükəli qızartma yağının günəbaxan yağı olduğu müəyyən edilib.
Çox duzlu qidalar
Hər kəs duzun ürəyə zərər verdiyini bilir. Bilinməyən şey duzdakı sıx natriumun beyinə də zərər verməsi və düşünmə qabiliyyətini zəiflətməsidir. Hətta, zəkanın geriləməsi də sübut edilib.
Taxıl
Taxıllar beyin fəaliyyətinə zərər verir. Ancaq tək istisna yüzdə yüz tam taxıllardır. Çox taxıl istehlak edirsinizsə, bu da daha sürətli yaşlanmanıza səbəb olar.
İşlənmiş zülallar
Zülallar əzələ istehsalçısıdır. Ət ən yüksək keyfiyyətli və ən zəngin protein mənbəyidir. Bununla birlikdə, kolbasa, salam və bənzər qidalar kimi işlənmiş zülallardan imtina edilməlidir. Təbii zülallar sinir sistemini qurur, işlənmiş zülallar isə əksini edir. Yəni sinir sistemini məhv edir.
Trans yağlar
Hər növ trans yağlardan qaçmaq lazımdır. Trans yağları bir çox ciddi problemə səbəb olur. Ürək problemləri, xolesterol və piylənmə ən məşhurdur. Daha az bilinən şey, beyinə də çox ziyan vurmasıdır. Refleksləri öldürür, beyin fəaliyyətinin keyfiyyətini aşağı salır. Eyni zamanda insult riskini də artırır. Alzheimerə bənzər təsirlər də uzun müddətdə baş verir.
Süni dadlandırıcılar
İnsanlar arıqlamaq üçün şəkər əvəzinə süni dadlandırıcılardan istifadə edirlər. Bunların daha az kalori ehtiva etməsi doğru olsa da, xeyirdən daha çox zərər verir. Uzun müddətli istifadə beyin zədələnməsinə və zehni xəstəliklərə səbəb olur.
Nikotin
Nikotinin zərərləri sonsuzdur. Beyinə gəldikdə isə, bədənin ən vacib orqanı olan beyninizə qanın getməsinə maneə törədir. Qan getmirsə oksigen də getmir. Bu, beyninizin yavaş-yavaş ölməsinə səbəb olur. Kapilyarları bağladığı üçün nörotransmitterlərin istehsalının qarşısını alır və funksiyalarının qarşısını alır. Bu da sinir sistemini tükəndirir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB