Azərbaycanda vaksin qıtlığı yoxdur – Komitə sədri

Azərbaycanda vaksin qıtlığı yoxdur, eyni zamanda ölkəmizə daha iki yen vaksin növü gətirilib. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əhliman Əmiraslanov deyib.

Komitə sədri həmçinin Azərbaycanda vaksinasiyanın ləng getdiyi, zəif aparılması ilə bağlı məlumatlara münasibət bildirib. O qeyd edib ki, bu deyilənlər həqiqəti əks etdirmir.

Komitə sədri qeyd edib ki, Rusiya, Qazaxıstan, Belarus kimi özü peyvənd istehsal edən ölkələrdə peyvənd olunanların sayı bizdən iki dəfə aşağıdır: “Ölkəmizə gətirən yeni vaksinlərdən də artıq istfadə olunacaq. Ölkəmizdə vaksin qıtlığı yoxdur”.

Komitə sədri əlavə edib ki, istirahət günündə vaksin olunanların sayı aşağı olur. Ə.Miraslanov əlavə edib ki, Azərbaycanda günlük vaksin olunanların sayı 15 minin ətrafındadır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...