Covid-19 qalıcı izlər buraxırmı? DİQQƏT!

Covid-19 virusuna yoluxan insanlar əvvəlki həyatlarına nə qədər müddət sonra qayıdırlar?

SİA-nın verdiyi məlumata görə, Covid-19, yalnız keçən il ortaya çıxan bir xəstəlikdir. Ancaq deyə bilərik ki, artıq xəstəliyi olanların əvvəlki sağlamlıqlarını bərpa etmələri üçün çox vaxt lazımdır.

Koronavirusu olan bir insanın sağalma müddəti xəstəliyin nə qədər şiddətli olması ilə əlaqəli ola bilər, lakin bu, həmişə belə olmur. Bir çox insan üçün Covid-19 adi qripdən fərqlənmir. Bununla birlikdə, Covid-19 bəzi insanlarda qalıcı izlər buraxa bilər. Yaş, cinsiyyət və sağlamlıq vəziyyəti, yoluxmuş insanın xəstəliyə necə cavab verəcəyini təyin edən amillərdən biridir.

Bundan əlavə, son aylarda virusun mutasiya etdiyi və yeni variantların yayılmağa başladığı görülür. Bunların arasında İngiltərə, Cənubi Afrika və Braziliya, Hindistan variantları diqqət çəkir. Tədqiqatlar göstərir ki, İngiltərə variantı yüzdə 70-ə qədər daha tez yayılır, lakin bunun daha ölümcül bir virus olduğuna dair hələ bir dəlil yoxdur.

Alimlər, 2021-ci ilin əvvəlindən bəri geniş yayılmış peyvənd kampaniyaları nəticəsində aşılanan bir insana virus yoluxarsa, xəstəlikdən sağ çıxacaqlarına diqqət çəkirlər.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə