Braziliyada bir gündə 1141 nəfər virusdan öldü

Braziliyada son sutka ərzində koronavirusa 39 483 yoluxma halı qeydə alınıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən sutka ərzində ölkədə 1141 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Braziliyanın cənub-şərqində yerləşən San-Paulu ştatı və onun eyniadlı administrativ mərkəzi ölkədə infeksiyanın ocağı hesab olunur. Regionda 238 mindən çox yoluxma və 13 mindən çox ölüm faktı qeydə alınıb.

Hazırda Braziliyada virusa yoluxanların sayı 1 228 114 nəfərə çatıb, 54 971 nəfər ölüb, sağalananlar isə 650 minə yaxındır. Ölkə koronavirusa yoluxma hallarına görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə