COVİD-19 kimlər üçün daha risklidir? HƏKİM RƏYİ

Metabolik xəstəlikləri olan şəxslər üçün COVİD-19-dan ölüm riski digər insanlarla müqayisədə 2-4 dəfə daha çoxdur. SİA-nın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü Natalia Mokrışeva açıqlamasında deyib.

O bildirib ki, endokronik sistem pozğunluğu, şəkərli diabet, orqan pozğunluğu, böyrəküstü vəzi və otoimmun xəstəlikləri olanlar risk qrupun aiddirlər.

Onun sözlərinə görə, COVID-19-dan ölüm riskinin artması ürək-damar sistemi, böyrəklərin fəaliyyətində yaranan problemlər, immun səviyyəsinin aşağı düşməsi və bədənin koronavirus infeksiyasına qarşı müqavimətinin olmaması ilə bağlıdır: "Burada insanın hansı çəkidə olmasının heç bir önəmi yoxdur. Bu baxımdan risk qrupuna daxil olan insanlar yuxu rejiminə, qidalanmasına xüsusi fikir verməli, pəhriz saxlamalı və bol su içməlidir. Həkimlərin göstərişi ilə müxtəlif vitamin qəbul etmək və Vitaminlərdən qəbul etmək, həkimlərin siyahısı və aktiv fəaliyyətdə olmağı unutmamaq məsləhət görülür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə