Sağlam qalmaq üçün necə qidalanaq? MÜTƏXƏSSİS RƏYİ -ÖZƏL

"Sağlam ömrə, sağlam dəriyə sahib olmaq üçün 8-10 qızıl qayda var ki, onlara əməl etmək lazımdır". Bunu SİA-ya həkim-dietoloq İlqar Şamilov deyib.

Onun sözlərinə görə, insanlar ilk növbədə zərərli qidalardan uzaq olmalıdır ki, bu qidalara rafinə olunmuş, işlənmiş şəkər daxildir: "Bu cür qidalar dəri yaşlanmasını daha tez sürətləndirir. Çox yağlı və duzlu qidalar da dəri yağlanmasına yol açır ki, bu da nəticə etibarı ilə digər problemlərə səbəb ola bilir".

Həkim söyləyib ki, bu baxımdan gün ərzində qida resionuna anti-oksidantlarla zəngin olan meyvə və tərəvəzlər əlavə edilməlidir: "Ən əsası isə gün ərzində çəkimizin 3 faizi qədər maye qəbul etməliyik. Maye dedikdə bura şəkərli içkilər deyil, məhz su daxildir. Çünki maye qəbulu zamanı həm dəri elastikliyi qorumuş olur, həm də metobolik proseslər düzgün həyata keçməsinə imkan yaradır. Əgər biz düzgün maye qəbul edərsək, o zaman orqanizmdə olan metobolidlər düzgün bədəndən düzgün şəkildə xaric olunur".

İ. Şamilov vurğulayıb ki, su içmək üçün susamağı gözləmək lazım deyil: " Çünki o zamana qədər bədənimizin ən az 1 litr suyunu itirmiş oluruq. Bədəndən 2 litr su itkisi çox böyük, ürəkgetmə, təzyiq kimi problemlərə səbəb ola bilər. Ona görə də yuxudan duran kimi ilıq şəkildə 2 stəkan su istifadə edilməlidir. Ümumiyyətlə, tox qalmağımız üçün yeməkdən 30 dəqiqə öncə 1 fincan su içməliyik".

Həkim dietoloq qeyd edib ki, sağlam olmaq üçün paketlənmiş, konservləşdirilmiş qidalardan uzaq durmalıyıq: "Bununla yanaşı biz qidalarımızı yağ əlavə etmədən hazırlamalıyıq. Doymamış yağlardan istifadə etməyimiz daha düzgündür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə