Özəl tibb müəssisələrində yoxlamalar aparılacaq - QƏRAR

Özəl tibb müəssisələrində yoxlamalar aparılacaq - QƏRAR

Azərbaycanda özəl tibb müəssisələrində yoxlamaların aparılması barədə qərar qəbul olunub. SİA-nın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-ə qədər dayandırılıb: “Lakin burada istisnalar mövcuddur. Bu istisnalar dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara təhlükə yarana hallarda dövlət orqanlarına yoxlamalar aparmağa icazə verir. Təqdim olunan qanuna əsasən, həmin istisnaya özəl tibb fəaliyyəti subyektlərində yoxlamalar da əlavə olunur”.

Müzakirələrdən sonra qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə