Çində koronavirusdan ölənlərin sayı 3136 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı 3136 nəfərə çatıb

Çində yeni koronavirusa yoluxanların satı 80 min 754 nəfər çatıb, onlardan 3136 nəfəri dünyasını dəyişib, 60 minə yaxını isə sağalaraq xəstəxanalardan evə buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, son gün ərzində 19 yeni yoluxma halı qeydə alınıb, 1297 nəfər xəstəxanalardan evə buraxılıb, 17 nəfər isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə