“Ümumiyyətlə koronavirus digər viruslar kimi geniş yayılsa da təşvişə ehtiyac yoxdur. Xüsusilə də uşaqların bu virusa yoluxma ehtimalı çox aşağıdır”. Bu fikirləri SİA-ya açıqlamasında pediatr Qoşqar İsmayılov deyib.
O bildirib ki, lakin hər hansı bir valideyn uşağında burun axması, hərarət, tənəffüs çatışmazlığı hallarını müşahidə edərsə, mütləq həkimə müraciət etməlidir.
Pediatrın sözlərinə görə, koronavirusun digər viruslardan fərqləndirən əsas cəhət pnevmaniyanın daha ağır vəziyyətdə keçməsidir: “Məhz bunun nəticəsində insanda tənəffüs problenmləri yaranır və ağciyər çatışmazlığına gətirib çıxarır”.
Q.İsmayılov qeyd edib ki, koronavirusun inkubasiya dövrü 7-15 gün ərzindədir: “Bu, ilk 3 gündə də ola bilər və ya 15 gündən sonra da ortaya çıxa bilər. Belə olan halda, xəstələrlə təmasa fikir verilməlidir. Adətən 5 yaşına qədər uşaqların və eləcə də yeniyetmələrin orqanizmləri viruslara qarşı çox yaxşı mübarizə aparmaq gücünə malik olur. Belə yaşda xəstəlik daha tez sağaalır və ya simptomlar üzə çıxmır”.
Viruslardan qorunmaq üçün uşaqların təmiz havada gəzintisinin vacib əhəmiyyət daşıdığını deyən mütəxəssis vurğulayıb ki, gəzinti üçün xüsusilə də meşəlik, yaşıllıq, dağlıq ərazilərə üstünlük verilməlidir: “ Ümumiyyətlə, toplumda koronavirusun öldürücülük gücü yüzdə üçdür. Əgər bu virusa 100 nəfər yoluxarsa, onun 97 nəfəri sağala bilər. Bu virusa əsasən daha çox yaşlı insanlar yoluxur. Gənclər yoluxduğu zamanı onların sağalma ehtimalı yüksəkdir. Uşaqlara gəlincə isə, balacaların infeksiyaya yoluxma riski aşağıdır. Yalnız ankoloji, doğuşdan immun çatışmazlığı, ağır nevroloji xəstəliklərə malik uşaqlar da virus təhlükəsi daha yüksəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB