Qəzaya düşən 7 tibb işçisi evə buraxılıb

Sumqayıt şəhəri ərazisində təcili tibbi yardım avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfər evə buraxılıb. Bu barədə SİA-ya Tibbi Ərazi Bölmələrini İdarəıetmə Birliyindən (TƏBİB) məlumat veriblər. Məlumatda bildirilir ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili çağırışa gedərkən Hacı Zeynalabdin Tağıyev qəsəbəsində minik avtomobili ilə toqquşub.

Hadisə yerinə gələn digər təcili yardım avtomobili də vurulub və nəticədə əraziyə 3-cü briqada cəlb edilib. Hadisə nəticəsində təcili tibbi yardım briqadasının 7 əməkdaşı xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...