Çində epidemiyaya səbəb naməlum virus

Çində epidemiyaya səbəb naməlum virus

Çində epidemiyaya səbəb olan naməlum virus müəyyənləşdirilib. SİA RİA Novostinin yerli mətbuata istinadən yaydığı informasiyaya istinadən xəbər verir ki, Həkimlər Çində viral pnevmoniyanın başlanmasına səbəb olan yeni bir növ koronavirus təyin ediblər.

Həkimlər virusun insandan insana ötürülməsində aşkar bir əlamət tapmayıblar. Güman ki, xəstə heyvanlarla təmasda, habelə dəniz məhsullarından istifadə nəticəsində yoluxma baş verə bilər.
Bundan əvvəl Çinin Uxan şəhərində naməlum mənşəli pnevmaniyanın aktiv şəkildə yayıldığı bildirillirdi. Qeyd olunurdu ki, dekabr ayında 27 yoluxma hadisəsi qeydə alınıb, 5 yanvar tarixinə 59 yoluxmuş şəxs tibbi yardıma müraciət edib. Ölüm faktı barədə məlumat verilməyib.
Agentlik xatırladır ki, atipik pnevmoniyanın yayılması hadisəsi Çində bir neçə dəfə baş verib. Xüsusilə, 2002-2003-cü illər epidemiyası zamanı 5 min hal müşahidə olunub və nəticədə 350 nəfər həyatdan məhrum olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə