Rezidentlər təkrar imtahan verəcək

Oktyabrda dövri attestasiyadan keçə bilməyən və ya üzrlü səbəbdən iştirak etməyən rezidentlər üçün təkrar imtahan keçiriləcək. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, imtahan noyabrın 10-da saat 14:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) təşkil olunacaq.

İstifadəçi şifrəsini almayan rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-ə müraciət etməlidirlər.

Qeyd edək ki, VTM Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə