Baş həkim vəfat edib

Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib. SİA-nın xəbərinə görə, 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürək tutmasından vəfat edib.

Z. Əsədovla bu gün günorta saat 15:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Ziya Əsədov görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.

Bütün xəbərlər Facebook səhifəmizdə