Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayon sakinlərini qəbul edəcək. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul sabah saat 13:00-da Göygöl Mərkəzi Rayon Xəstəxanasında keçiriləcək.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə