Bristol Universitetinin (İngiltərə) alimləri belə qənaətə gəliblər ki, dişlərin müntəzəm və səylə təmizlənməsi sağlamlığı qoruyur, ömrü uzadır.
Tədqiqatçılar qrupunun başçısı Hovard Cenkinson bildirib ki, dişlərin təmiz saxlanması hətta ölümdən qurtarır, çünki ağız boşluğu vaxtında təmizlənməsə bakteriyalar qan dövranına qoşulur və tromb əmələ gətirir. Dişlərin təmizlənməsinə biganə münasibət diş ətinin qanamasına səbəb olur. Nəticədə xəstəlik törədən bakteriyalar qanı zəhərləyir.
Professorun sözlərinə görə, ürək xəstəlikləri və infarkt riskini azaltmaq üçün yeməyi, qan təzyiqini və fiziki durumu nəzarətdə saxlamaqla yanaşı, dişləri də təmiz saxlamaq lazımdır.
Mütəxəssislər iddia edirlər ki, dişlərin gigiyenasına əməl edilməməsi ürək-damar xəstəlikləri riskini 70 faiz artırır. Təkcə Birləşmiş Krallıqda hər il 200 min adam həmin xəstəliklərdən dünyasını dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB