"2017-ci ilin 3 ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub. Bunlardan 603 ilkin müraciət edən şəxslərin 72 nəfəri dispanser qeydiyyata alınıb". SİA-nın xəbərinə görə, bu barədə Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov 8 may- Beynəlxalq Talassemiya Günü ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, Mərkəzin Hemotologiya Şöbəsində 2017-ci ilin 3 ayı ərzində 105 xəstə stasionar müalicə alıb. C.Məmmədov söyləyib ki, 2017-ci ilin aprel ayına qədər Mərkəzdə dispanser qeydiyyatına 2959 xəstə salınıb: "Onlardan 3-də 2 hissəsini uşaqlar təşkil edir. Uşaqlar doğulduqdan sonra onlarda animiyanın ağır formaları müşahidə olunur. Lakin uşaqlarda animiya ilə bağlı dəqiq diaqnoz 1 yaşından sonra qoyulur.Talassemiya xəstəliyi ilə bağlı diaqnoz kiçik yaş dövründə qoyulur, yeniyetmə və böyük yaşlarda müalicə davamlı olaraq qoyulur. Qeydiyyata alınanlar vəziyyətlərindən asılı olaraq ümumi və müvafiq ya da xüsusi spesifik müalicə alırlar".
Mərkəz direktoru qeyd edib ki, Azərbaycanın bütün bölgələrində irsi xəstəlik olan talassemiyalı xəstə var: "Lakin belə xəstələr daha çox Ağdaş, Göyçay, Şəki, Qəbələ və Cənub bölgəsindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB