"2015 illə müqayisədə 2016-cı ildə yanıq şöbəsinə müraciət edən xəstələrin sayı xeyli azalıb. Belə ki, ötən il şöbəyə 800 stasionar, 1200 ambulator xəstə müraciət edib". SİA-nın xəbərinə görə, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərahiyyə klinikasının yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, şöbəyə müraciət edənlərin arasında uşaqların sayı çoxluq təşkil edir: "Uşaqlarda ən çox isti su yanıqları müşahidə olunur. Böyüklər də isə daha çox partlayış, eləcə də su yanıqlarlna rast gəlinir". Ş.Məmmədov bildirib ki 2016-cı ildə şöbədə 150 rekonstruktiv cərrahiyə əməliyyatı həyata keçirilib: "Şöbəyə müraciət edənlərin 70 faizində ağır yanıq xəsarətləri olub. Hansı ki onların bədən hissəsinin 50 faizi yanıb. Yanıqdan ölüm halı ötən illlərlə müqayisədə xeyli azalıb". "Ümumiyyətlə, III A, III B, IV dərəcəli yanıqlarda plastik cərrahiyyəyə ehtiyac olur. Xəstə reabilitasiya dövrünə qədəm qoyduqda yenidən şöbəyə müraciət edir və həmin xəstə üzərində cərrahiyyə əməliyyatı keçirilir. Yuxarıda sadalanan yanıq dərəcələrində izin qalma ehtimalı böyükdür"- deyə, şöbə müdiri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB