4 yaşlı uşağı ilan sancdı

Bu gün səhərə yaxın Salyanın Kürsəngi kəndində 4 yaşlı uşağı yatdığı yerdə ilan sancıb. SİA-nın məlumatına görə, ilan 2012-ci ildə anadan olmuş Ataliyev Elgün Nəzər oğlunun sağ diz nahiyəsindən sancıb.

Valideynləri tərəfindən dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan uşağa tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə