Samuxun Qovlarsarı kəndində əhali tibbi müayinədən keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Qovlarsarı kənd həkim məntəqəsində aparılan müayinələrə terapevt, lor, cərrah, nevropatoloq, mama-ginekoloq, kardioloq, stomatoloq və digər ixtisaslı həkimlər cəlb olunub. Tibb işçiləri gün ərzində yerli əhalinin təxminən 80 faizini müayinədən keçirib, müvafiq tövsiyələr veriblər. Yoxlamalar zamanı şəkərli diabet, ürək-damar və göz xəstəliklərindən müraciətlər daha çox olub. Fevral ayının 15-dən start götürən müayinələr zamanı Samux rayonunda 22567 sakin tibbi yoxlamadan keçirilib. Onlardan 1021-də müxtəlif xəstəliklər aşkarlanıb və ambulator müalicəyə cəlb olunublar. Səhhətində daha ciddi problem olan bir nəfərə paytaxt Bakı şəhərinə göndəriş verilib.19 yaşayış məntəqəsində müayinələri başa çatdıran səyyar həkim briqadasının növbəti dayanacağı Eldar zonası olacaq.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB