Tibb işçilərinin sayı açıqlanıb

Tibb işçilərinin sayı açıqlanıb

Ötən ilin birinci yarısına olan statistikaya əsasən, Azərbaycanda orta tibb işçilərinin sayı 56 mini keçib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən illərlə müqayisədə tibb işçilərinin sayında keçən il azalma müşahidə edilib.

Belə ki, 2015-ci ildə ölkə üzrə orta tibb işçilərinin sayı 56 148 nəfər idisə, bu rəqəm on il bundan əvvəl (2005-ci il) 59 746 nəfər olub. Eyni zamanda, bu göstərici 2014-cü ildə isə 56 941 olub.

Bundan başqa, ötən il üçün qeydə alınan 56 148 nəfər orta tibb işçisindən 39 037-si tibb bacısı, 5 009-u akuşer, 3 403-ü feldşerdir.

Azalmalar səhiyyə sahəsində aparılan islahatlarla əlaqələndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə