Həkimlərin mərkəzləşdirilmiş formada işə qəbulu ilə bağlı may ayının 22, 25, 27-də keçirilən müsahibələrin nəticələri açıqlanıb. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsahibə üçün 97 yer ayrılıb və prosesdə bu sayda iddiaçı iştirak edib. 34 nəfər uğur qazanaraq işə qəbul olunub. Müsahibədən keçən 1 nəfər isə təklif olunan işdən imtina edib.
Müsahibədən müvəffəqiyyətlə keçmiş həkimlər may ayının 5-dən etibarən Sertifikasiya Komissiyasından (ünvan: Bakı şəh., Zərdabi 89) iş yerlərinə göndərişləri ala bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB