Qaxda qanvermə aksiyası keçirilib

Səhiyyə Nazirliyinin 2014-cü il üçün tədbirlər planına uyğun olaraq, Qax Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində könüllü qanvermə aksiyası keçirilib. SİA-nın vediyi məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim və tibb işçiləri tərəfindən həyata keçirilən aksiya zamanı 100 könüllüdən qan alınıb.

Gün ərzində davam edən bu xeyirxah aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının, yerli icra və bələdiyyə qurumlarının əməkdaşları fəallıq göstəriblər.

Qeyd edək ki, toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra talassemiya və hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə