Səhiyyə naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Səhiyyə naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edib

İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

2014-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev iyulun 11-də Sumqayıtda vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şəhərdəki 1 nömrəli xəstəxanada gün ərzində aparılan səyyar qəbulda Sumqayıt, Abşeron, Xızı, Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayonu sakinlərinin müraciətləri dinlənilib.

Qəbulda, ümumilikdə, 60-a yaxın vətəndaş iştirak edərək öz istək və xahişlərini O.Şirəliyevə ünvanlayıblar. Müraciətlər nazir tərəfindən diqqətlə dinlənib və bu problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin əsas hissəsini sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmişləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub. Qaldırılan məsələlərdən bəziləri xarici ölkədə, o cümlədən də İran islam Respublikasinda uğursuz müalicədən sonra xəstəliyinin daha da fəsadlaşmış vəziyyətə yerli mütəxəssislərimizdən yardım istəməsi kimi müraciətlər də az olmayıb. Müraciətlər nazir tərəfindən hebelə, qəbulda iştirak edən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri: ET Travmatologiya və Ortopediya İnstitutunun direktoru V.Verdiyev, Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Y.Əliyev. Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının baş həkimi T.Əliyev tərəfindən araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə