Qazax rayonunda qanvermə aksiyası keçirilib

Qazax rayonunda qanvermə aksiyası keçirilib

Qazax rayonundakı Müalicə Diaqnostika Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Talassemiyasız həyat naminə" proqram çərçivəsində qanvermə aksiyası keçirilib.

Rayon sakinləri aksiyada yüksək fəallıqla iştirak ediblər.

Aksiya çərçivəsində 170-dən çox rayon sakini könüllü olaraq qan verib. Toplanmış qan müayinədən olunduqdan sonra talassemiyalı və hemofiliyalı xəstələrə köçürülmək üçün Mərkəzi Qan Bankına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə