Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən may ayında mama-ginekologiya ixtisası üzrə kurslar təşkil olunacaq. SİA-nın xəbərinə görə, akademiyanın professor-müəllim heyəti tərəfindən keçiriləcək kurslarda Azərbaycanın dövlət xəstəxana və tibb mərkəzlərində çalışan, ən azı öz ixtisası üzrə 3-5 il iş təcrübəsi olan, rus dilini yaxşı bilən mütəxəssislər iştirak edə bilərlər.
Bunun üçün onlar aprelin 15-dən mayın 8-dək Səhiyyə Nazirliyinə (245 nömrəli otaq) müraciət etməlidirlər. Mütəxəssislərdən doldurulmuş kadr uçot vərəqəsi, 3 x 4 ölçüdə fotoşəkil, diplomun surəti, internaturanın sürəti və əmək kitabçası kimi sənədlər tələb olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB