“Onkoloji xəstəlik aşkarlanan hər on nəfərdən 7-8-i tam sağala bilir”
"Hər il Azərbaycanda 300 uşaq onkoloji xəstəliyə düçar olur". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının şöbə müdiri Reyman İsmayılzadə "Tibb" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, böyüklərlə müqayisədə uşaqlarda onkoloji xəstəliklərə daha az, təqribən 0,5-1 faiz hallarda rast gəlinir.
Onun sözlərinə görə, uşaqlarda olan onkoloji xəstəliklərin əksəriyyətinin embrional şişlər təşkil edir ki, onlar da ana bətnində olarkən əmələr gəlir: " Lakin bu şişlər doğulduqdan bir müddət sonra özünü göstərir: Yəni, böyüklərdə onkoloji xəstəliklərin əmələ gəlməsində ətraf mühit, iris faktor, həyat tərzi, ekoloji problemlər, qidalanma, stress və digər amillər rol oynayırsa, uşaqlarda onkoloji xəstəliklərin əsası ana bətnində qoyulur. Uşaqlarda bu xəstəliklər böyüklərə nisbətən daha yaxşı müalicə olunur. Onkoloji xəstəlik aşkarlanan hər on nəfərdən 7-8-i tam sağala bilir. Onkoloji xəstə uşaqların 80 faizi sağalır, 20 faizini isə təəssüf ki, sağaltmaq olmur. Müalicə olunub sağalan uşaqların valideynləri adətən uşaqlarının diaqnozunu gizlədir və övladının xərçəng xəstəsi olduğunu və sağaldığını demirlər. Amma 20 faiz sağalmayan uşaqların valideynləri bu barədə hər yerdə danışırlar. Bunun nəticəsində hər kəs də düşünür ki, xəstəliyin müalicəsi yoxdur və sonu ölümdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB