Şamaxıda mama-ginekoloji xidməti yüksək səviyyədədir

Şamaxıda mama-ginekoloji xidməti yüksək səviyyədədir

Son günlər bəzi kütləvi informasiya vasitələrində Şamaxı rayonu Mərkəzi xəstəxanasının nəzdindəki doğum-ginekoloji şöbə haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılıb. SİA-ya məlumat verən Şamaxı rayonunun baş ginekoloqu, eyni zamanda doğum şöbəsinin müdiri Nəzakət Abdulrazaqova bildirib ki, əhaliyyə mama-ginekoloji yardım göstərmək üçün rayon Mərkəzi xəstəxananın nəzdində 25 çarpayılıq doğum - ginekoloji şöbə, Göylər kənd xəstəxanasının nəzdində 5 doğum çarpayısı, 14 həkim məntəqəsi, 20 tibb məntəqəsi fəaliyyət göstərir: "Şöbəmizin həkimlərinin hamısı öz səriştələri ilə seçilir və bu sahəyə aid olan bütün əməliyyatları yüksək səviyyədə həyata keçirmək qabiliyyətinə malikdirlər. Doğum şöbəsində əməliyyatların aparılması üçün müasir cərrahi avadanlıqlar və tibbi aparatlar vardır. Əməliyyat otağı, doğum otağı və yeni doğulmuşların intensiv terapiya otağı mərkəzləşdirilmiş oksigenlə təmin olunmuşdur. Şöbə mərkəzləşdirilmiş istilik sistemi, isti və soyuq su ilə təmin olunmuşdur. Doğum şöbəsinin fəaliyyətini və həkimlərin səriştəsini nəzərə alaraq son illərdə Şamaxı MRX-sı doğum şöbəsi regional mərkəz statusu almış, Qobustan, Ağsu və İsmayıllı rayonlarında olan hamiləlik və doğum patologiyaları Şamaxı MRX-na gətirilir. Son 7 ildə Şamaxı rayonunda ana ölümü baş verməmişdir. Perinatal ölümün səviyyəsi respublika göstəricindən aşağıdır.

2012-ci ildə Şamaxı MRX doğum şöbəsində 1661 doğum qəbul olunmuşdur ki, onun 261-i ətraf rayonlardandır. 83 kesar kəsiyi aparılmış qadınların 49 Şamaxı rayonundan, 34 ətraf rayonlardandır. İl ərzində daxil olmuş 83 ginekoloji xəstənin 29 nəfəri 12 cərrahi əməliyyatın 5 ətraf rayonlardandır.

Şamaxı MRX-da işləyən ginekoloqlar vaxtaşırı həkim məntəqələrinə və tibb məntəqələrinəı gedib, periferiyada yaşayan əhaliyyə yerlərdə tibbi xidmət göstərirlər".


Qeyd edək ki, Abdulrazaqova Nəzakət Ağasəf qızı ali dərəcəli mama-ginekoloq olmaqla 30 ildən yuxarıdır Şamaxı qadın təşkilatının sədridir.

Mətbuatda yazılanlar Şamaxı RMX-nın doğum şöbəsinin həkimləri və müdiri üçün şər və böhtanlardan başqa bir şey deyil. Baş həkimin isə qiymətli avtomobili yoxdur. Onun sürdüyü AZ SAMANT markalı maşının isə krediti hələ ödənilməyib. Qəzetlər belə haqqsız yazılarla öz əlləri ilə özlərini ictimayyət arasında gözdən salırlar. Çünki Şamaxı rayonunda mama-ginekoloji xidmətdən indiyədək heç bir ünvana şikayət daxil olmayıb. Bədxahlar isə böhtanları yazmaqdan yorulmurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə