Bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında Səhiyyə Nazirliyinin həyata keçirdiyi "Sağlam həyat uğrunda" aylıq çərçivəsində mediya nümayəndələrinin müayinəsi aparılıb. SİA-nın verdiyi xəbərə görə, müayinədə 30 nəfər jurnalist terapevt, nevropatoloq, infeksionist, oftalmoloq və digər mütəxəssislər tərəfindən yoxlanılıb, həmçinin laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya müayinələri həyata keçirilib.
Qeyd edək ki, "Sağlam həyat uğrunda" devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində respublika üzrə müalicə-profilaktika müəssisələrində bir sıra tədbirlər həyata keçirilir.
Dekabr ayının 1-dən 10-dək respublika üzrə müalicə-profilaktika müəssisələrində terapevt, cərrah, nevropatoloq, pediatr, infeksionist, mama-ginekoloq, oftalmoloq və s. mütəxəssisləri tərəfindən əhalinin tibbi müayinəsi, o cümlədən laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya müayinələri aparılıb.
Aylıq çərçivəsində Bakı şəhəri üzrə 226821 nəfər, Regionlar üzrə 761064 nəfər, ümumilikdə isə 987885 nəfər müayinə olunub. Müayinələr zamanı müxtəlif xəstəlikləri aşkar olunmuş insanlar mütəxəssislər tərəfindən müxtəlif profilli stasionar və ambulator müalicələrə cəlb ediliblər.
Məlumat üçün bildirək ki, sağlamlıq aylığı çərçivəsində aparılan profilaktik müayinələr dekabr ayının sonunadək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB