Xərçəngin qarşısını necə alaq?

Xərçəngin qarşısını necə alaq?

Gundə bir dəfə balıq yemək xərçəng riskini 3 dəfə azaldır

Gündəlik rasionunda balıqdan istifadə edənlərin qaraciyər xərçənginə tutulma riski dəfələrlə azdır. Yaponiyanın Milli Onkologiya İnstitunun alimləri 11 illik tədqiqatdan sonra belə qənaətə gəliblər.

Tədqiqatçılar 11 il ərzində 45-74 yaşında olan 90 min insanı 5 qrupa ayıraraq tədqiqat aparıblar. Nəticədə gundə bir dəfə balıq yeyənlərin həftədə bir dəfə və daha az yeyənlərdən üç dəfə az qaraciyər xərçəngi təhlükəsi ilə üzləşdiyi məlum olub.

Sayra, skumbriya və qızıl balığının qaraciyər xərçəngının qarşısının alınması üçün daha xeyirli olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə