Profilaktik tədbirlər mütləqdir

"Ayaq üstə duranda hər şeyin yaxşı olduğunu düşünürük. Amma heç bir xəstəliyi olmayan insanlar da profilaktik məqsədlə həkimə müraciət etməlidirlər". SİA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, ölkəmizdə "Sağlam həyat uğrunda" devizi altında profilaktik tədbirlər aylığı dekabrın 1-dən 31-dək keçiriləcək: "Daha sonra isə belə müayinələr nəticəsində hər hansı xəstəliyi erkən mərhələdə aşkarlamaq olar. Bu da onun daha tez müalicə edilməsinə imkan verir".

Elsevər Ağayev deyib ki, insanları sağlam həyat tərzinə cəlb etmək məqsədilə keçirilən aylıq ölkənin bütün regionlarında da dekabr ayının birindən ehtibarən keçiriləcək: "Müayinə olunmaq istəyənlər Bakıda müalicə-profilaktika müəssisələrinə, xüsusilə ambulator müəssisələrə, poliklinikalara, regionlarda isə mərkəzi xəstəxanaların poliklinika şöbələrinə müraciət etməlidirlər. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat İnstitutlarının rəhbərlik etdiyi briqadalar regionlarda əhalinin profilaktik məqsədlə müayinə edilməsində iştirak edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə