"Müxtəlif qrup antibiotiklər müxtəlif reaksiyalar verə bilir" - HƏKİM AÇIQLADI
“Ümumiyyətlə, dərman allergiyası biz həkimlərin hər zaman ən çox narahat olduğumuz durumlardan biridir. Çünki dərman allergiyası həm ildırım sürətli, həm də gecikmiş reaksiya ola bilir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.
Onun sözlərinə görə, əsasən simptomatik olaraq dərmanın yeridilmə yerində bu əgər venadaxili, yaxud əzələdaxili inyeksiya ola bilərsə, qızartılar, qaşınmalar, səpkilər, şişkinlik, həmin nahiyədə ümumilikdə bir ağrı da ola bilir: “Daha böyük hallarda əgər sistemik bir xarakter daşıyarsa, öncəliklə tənəffüs yollarında bir spazm yaradır. Özəlliklə bronxlarda və insanlarımızda anginevratik ödem dediyimiz bir durum yaranır. Dilin kökü şişir, bəzən dili özü də şişə bilir və tənəffüs yolları tıxanmış olur. Biz buna həm də kvinke ödemi deyirik. Bu durumlar daha sürətli inkişaf edir və nəticədə tənəffüs çatışmazlığı yaradaraq insanın həyatına son qoya bilər”.
Sübhan Hacıyev sözlərinə belə davam edib: “Bir də anaflaktik şok dediyimiz durum var ki, dərman allergiyaları zamanı bu yaşana bilər. Şok dediyimiz durum insanların hemodinamik olaraq qeyri-stabil olması, yəni arterial təzyiqin 90-60 mm civə sütununa qədər düşməsi, saturasiya dəyərlərinin düşməsi insanların huş səviyyəsində geriləmə kimi durumlar ranimasiyon tədbirlər gərəkdirir. İlk bir neçə dəqiqə ərzində professional tibbi yardım göstərilməzsə, insan həyatına ciddi təhlükə göstərə bilər.
Dərman allergiyalarına gəldikdə isə bunlar daha çox müxtəlif qrup antibiotiklərdir. Müxtəlif qrup antibiotiklər müxtəlif reaksiyalar verə bilir. Qeyri-steroid iltihab əleyhinə preparatlardır. Bunlar eyni zamanda qızdırmasalıcı və ağrıkəsici kimi də sayılırlar. Yəni, el arasında onlara bu cür deyilir. Əlavə olaraq bir qrup B qrup vitaminləridir, xüsusilə də çox ciddi şəkildə allergik reaksiya verə bilir və bəzən də bir çox dərmanların əsas komponentlərinə qarşı olaraq insanların orqanizmində individual keçinməzlik ola bilir. Nəticədə allergik reaksiyalar yaranmış olur. Bütün bunları nəzərə alaraq insanlarımıza tövsiyə edərdim ki, özbaşlarına hər hansı bir dərman preparatlarını qəbul etməsinlər. Mütləq şəkildə həkim nəzarəti və həkim təyinatı olmadan heç bir preparatdan istifadə olunması doğru sayılmır və əgər inyeksion formada, xüsusilə də antibiotiklər və yaxud da ki dəmir preparatları əsasən qan azlıqları zamanı istifadə olunduğu zaman və yaxud da ki hər hansı bir ciddi preparatlar ilk dəfə köçürülürsə, mütləq şəkildə xəstəxana şəraitində olmaları tövsiyə olunur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə