“QİÇS-lə mübarizə Azərbaycanda çox yüksək səviyyədə təşkil olunub” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“QİÇS-lə mübarizə Azərbaycanda çox yüksək səviyyədə təşkil olunub. Dünən təşkil olunmuş QİÇS-lə Mübarizə Mərkəzinin təşkil etdiyi konfransda bu barədə geniş statistik məlumatlar verildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, bu prosesə mərkəzləşdirilmiş şəkildə dövlət nəzarəti var: “Səhiyyə Nazirliyi dövlətin səhiyyə siyasətini həyata keçirən bir qurum kimi QİÇS-lə mübarizə mərkəzini yaradıb. Müvafiq təchizat, təminat, bütün protokollara uyğun şəkildə izlənmə və xəstələrin müşahidəsi, qeydiyyat altına alınması, cəmiyyətdə maarifləndirmə işlərinin aparılması istiqamətində vacib işlər görülür: “Bu da dövlətin vahid siyasətinin olmasının göstəricisidir. Digər ölkələrdə QİÇS-in sayına və yayılmasına baxdıqda Azərbaycan həm qonşu, həm də dünya ölkələri ilə müqayisədə xeyli irəli durumdadır. Bu da qurulmuş QİÇS-lə siyasətinin koordinasiyasının düzgün təşkil olunmasının bir nümunəsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə