Nigeriyada 1,8 milyon insan "QİÇS" xəstəsidir

Qərbi Afrika ölkəsi olan Nigeriyada 1,8 milyon insanın Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) olduğu açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nigeriyanın "QİÇS"-lə Mübarizə üzrə Milli Proqramının direktoru Aliyu Qambo bəyan edib ki, ölkə son bir neçə ildə HİV/AİDS-lə mübarizədə mühüm irəliləyiş əldə edib.

Ölkə daxilində təxminən 1,8 milyon insanın QİÇS daşıyıcısı olduğunu qeyd edən Qambo, onlardan 1,6 milyonunun müalicə altında olduğunu bildirib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə