Göy östükəyə məhləm olan qidalar hansılardır? - MÜTƏXƏSSİS AÇIQLADI

"Göy öskürək ağciyər və nəfəs yollarında olan yolxucu bir bakteriya infeskiyasıdır. Bir çox insanda boğulma səsinə bənzəyən bir nəfəs alma ilə yanaşı şiddətli öskürəklə müşahidə olunur". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev bildirib.

Onun sözlərinə görə, göy öskürəyə faydalı ola biləcək qidaları aşağıdakı kimi sıralaya bilərik:
C vitamini ilə zəngin qidalar göy öskürək üçün çox faydalıdır. Həkimlə məsləhət edərək C vitamini dəstəyi də ala bilərlər.
Sarımsaq da təbii antibiotik olaraq göy öskürək üçün faydalı ola bilər. Gün ərzində sarımsaq istifadə edərək, və ya salatlara əlavə edərək istifadə edə bilərik. Sarımsaq siropu üçün sarımsaq, alma sirkəsi, su və bal qarışdırılaraq içilə bilər.
ZƏncəfil də müalicədə faydalı bir bitkidir. Göy öskürəyə qarşı zəncəfildən də istifadə olunur. Sarımsaq, limon və zəncəfil qarışdırılaraq istifadə oluna bilər. Bu qarışıq boğazı yumuşaldır və ağrı varsa yüngülləşdirir.
Bal da faydalı bir qidadır. Boğazı yumuşaldaraq immunitet sisteimin gücləndirməyə kömək edir. Hər gün bir az bal qəbul edilə bilər".
Şam ağacı iynələri də göy öskürəyin müalicəsində faydalı ola bilər. Bir az şam ağacı iymələri və bal qaynadılır və süzülərək sirop hazırlanır.
Uzun müddət öskürək müalicəsində duzlu su da istifadə olunur. Duzlu su ilə qarqara edilərək boğaz yumuşaldıla bilər".
Maye qəbulu artırılmalıdır. Boğazda meydana gələn ağrının yüngülləşməsi üçün boğaz nəmli saxlanmalıdır. Gündə 8-10 stəkan su içilə bilər. Həmçinin bitki çayları ilə yanaşı, təzə meyvə və tərəvəz də qəbul edə bilərik.
Nanə də boğaz və nəfəs yollarının nəmlənməsinə kömək edir. Nanə yağı isti suya əlavə edilərək çıxan buxar nəfəslə içəri çəkilə bilər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə