Azərbaycanda peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 406 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 91, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 83, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 191, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 922 762, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 935, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 045, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 796, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 986 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə