Pandemiya ilə daha risksiz şəkildə mübarizə aparıldı - DEPUTAT DANIŞDI

“Biz Çində yeni virusun yayılması zamanı burada süni metodlarla sıfır yoluxma taktikasının yanlış olmasının sübutunu görürük. Çünki kütləvi vaksinasiya, yoluxmanın nəzarət altında saxlanılması və proseslərin nəzarətdən çıxmasına imkan verməmək üçün tətbiq olunan karantin rejimi öz müsbət nəticəsini bir çox ölkələrdə göstərdi. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, təbii ki, prosesi tamamilə müdaxiləsiz saxlamaq isə bir çox ölkələrdə olduğu kimi özünü doğrultmadı. Buna misal olaraq Braziliyanı göstərə bilərik.
Bizim ölkənin və bəzi Avropa ölkələrinin tətbiq etdiyi mexanizmlər isə daha düzgün mexanizmlər idi. Bu zaman həm vaksinasiya prosesi həyata keçirildi, həm də karantin rejimindən istifadə olundu. Bu zaman təbii ki, pandemiya ilə daha risksiz şəkildə mübarizə aparıldı.
Çində isə daha çox təzyiq və proseslərin tam ciddi nəzarət altına alınması sıfır yoluxma prinsipi sonrakı bir neçə dalğalara, hazırda müşahidə etdiyimi yoluxma hallarına gətirib çıxardı”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə