İnsanların əl çəkə bilmədiyi qidalar hansılardır? - DİETOLOQ AYDINLIQ GƏTİRDİ

"Təcrübədən deyə bilərəm ki,bəzi qidalardan imtina etməklə 10 gündə sağlam şəkildə müəyyən qədər çəki itirmək olur". Bu fikirləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Dietoloq qeyd edib ki, lakin elə qidalar da var ki, onlardan insanlar imtina ede bilmir. İnsanların adətən vaz keçə bilmədikləri qidalar tez hazırlanan yarım fabrikatlar, fasfood qidalar, karbohidratla zəngin olan qidalar, şirniyatlar və sairədir. Amma bizim insanlara məsləhət gördüyümüz qidalar proteinli qidalar, zülalla zəngin, hüceyrələri qidalandıran vitamin və aminturşularla zəngin olan qidalardır. Bu gün insanlarda çəki artımına səbəb olan amillər var. Piylənməyə məruz qalan və artıq çəkiyə malik olan insanlar dünyada günü-gündən artır. Səbəb məhz onlardan asılı olmadan vaz keçə bilmədikləri qidalar və genetik faktorlardır. Yəni ailədə artıq çəkiyə malik insanların çoxluğudur. Təbii ki, sistemsiz qida rejimi, ayaqüstü və piylənməyə səbəb olan qidalar, xanımların keçirdiyi hamiləlik, yaş, gərgin iş rejimi nəticəsində fiziki aktivliyin sıfıra enməsi, iş saatlarının uzun olması piylənmənin əsas səbəblərindəndir. Belə həyat tərzi artıq çəki problemini bir az daha aktuallaşdırır. Bundan başqa, hormonal pozğunluqlar da çəki artıqlığı probleminin yaranmasında özünü göstərir. Təbii ki, stress də çəki artmasının səbəblərindən biridir. Çünki stress zamanı vücudumuzda kartizol deyilən bir maddə əmələ gəlir. Bu da piy hüceyrələrini hərəkətə gətirir və enerjinin fəaliyyətini əngəlləyir. Stress həftələr boyu sürərsə, vücudda piylənmə artır. Ona görə də həmişə özünüzə xüsusi vaxt ayırın. Stressin öhdəsindən gəlmək üçün kiminləsə danışın və ya sevdiyiniz xobbi ilə məşğul olun.

Sizlərin imtina edə bilməyəcəyiniz tezbazar hazır olan bu yeməklərin ömrümüzü də tezbazar qısaltdığını bilirikmi? Ümumiyyətlə, onların tərkibinə hansı qatışıqlar vurulur? Məsələ ondadır ki, işbazlar öz qazanclarını artırmaq naminə milyonlarla insanın həyatını təhlükə altına qoyurlar. Kimyəvi maddələr bu qidaların təkcə dadını deyil, rənglərini dəyişib cəlbedici edir. İstehlakçı da hazır yarımfabrikat yeməyin rəngini, qoxusunu görüb almadan keçə bilmir. Ancaq dadı damağımızdan getməyən bu yeməklər səhhətimiz üçün ciddi təhlükə mənbəyi sayılır desək, yanılmarıq. Sağlamlığınızı qorumaq, uzun ömür yaşamaq üçün mütləq yediklərinizə diqqət edin! Düzgün seçimlər edin restoranlarda və marketlərdə. Sağlam olun! Sağlam qidalanın!".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə