Əsəbləri sakitləşdirəcək məlhəmlər BUNLARDIR - DİQQƏT

Gündəlik həyatımızda baş verən hadisələrə sevindiyimiz qədər də əsəbiləşirik. Əsəb insan sağlamlığına ziyandır. O, bir çox xəstəliklərin ortaya çıxmasına səbəb olur. SİA xarici mətbuata istinadən əsəbləri sakitləşdirəcək məlhəm təqdim edir:

Qatırquyruğu, bağayarpağı, cökə ağacının özəyi, xəşəmbul, kalendula, yulaf küləşi, qaragilə yarpağından eyni miqdarda götürüb qarışdırın. Qarışıqdan 10 qram götürüb, 2 stəkan qaynar suya töküb, 3 saat isti yerdə saxlayın. Gündə 3 dəfə, yeməkdən 20 dəqiqə sonra bu məlhəmdən 100 ml. içmək əsəbləri sakitləşdirir.

Mərsindən, mələkotundan, ağ söyüd kökündən, gicitkəndən, badrəncdən, çobanyastığından, mayaotundan və sürvədən eyni miqdarda götürüb qarışdırın. 2 stəkan suyu qaynadıb, içərisinə qarışıqdan 10 qr. əlavə edib, isti yerdə 1,5 saat saxlayın. Məlhəmdən gündə 4 dəfə, yeməkdən 20 dəqiqə sonra 70-100 ml. qəbul etmək əsəb xəstəliklərinin qarşısını alacaq.

Adıçəkilən otlar apteklərdə satılır.

Bütün xəbərlər Facebook səhifəmizdə