Gec-gec tualetə getmək ölümcül xəstəlik riskini artırır - DİQQƏT!

İnsanın gündə neçə dəfə tualetə getməsi, gələcəkdə insult barədə proqnoz ola bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bağırsaqların gec boşalması ilə beyin arasında əlaqə var.

Gec-gec defekasiya, yəni tualetə getmək ölümcül xəstəlik riskini artırır. Bir çox insanlar insultdan ona görə vəfat edir ki, beyin mütəmadi olaraq oksigenlə zəngin qanla təchiz olunmur. Qan dövranı pozulanda, dayananda, beynin toxumasının ölməsi baş verir.

Alimlər sübut edib ki, həftədə 3 dəfədən az tualetə gedən, eləcə də gündə bir neçə dəfə gedənlər yüksək riskli ürək-qan-damar çatışmazlığı ərəfəsindədirlər.

Qəbizliklə bağırsaq mikroflorasının pozulması ərasında əlaqə var. Bağırsaq normal çalışmadıqda, ateroskleroz baş verir Nəticədə beyin qan dövranı pozulur.

Yaşlandıqca qəbizlik daha da artır, eləcə də qəbizlik zamanı insanın güc verməsi təzyiqi, ürək ritmini artırır, ürəyi yükləyir, nəticədə ağır ürək-damar patologiyaları baş verə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə