“Ürək qapaq xəstəlikləri” mövzusunda canlı yayımda Dr.İlqar Tahiroğlu

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu 2 noyabr 2022-ci il tarixində saat 12.00-da Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən “Ürək qapaq xəstəlikləri” mövzusunda canlı yayımda çıxış edəcək. Sualları canlı yayım vaxtı və yaxud öncədən də ünvanlaya bilərsiniz!
Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Kardiologiya şöbəsinin rəisi, yandal uzman invaziv kardioloq Dr.İlqar Tahiroğlu 2010-cu ildə Türkiyə Respublikasının Samsun şəhərində Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2010-2011-ci illərdə həmin universitetdə internatura keçmişdir. Dr.İlqar Tahiroğlu təhsilini davam etdirərək 2015-2019-cu illərdə İsrailin Qüds şəhərində Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçmiş, 2019-2021-ci illərdə isə Universitetin İntervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə təhsil proqramını mənimsəmişdir.
İlqar həkim 2021-ci ildən I.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Kardiologiya kafedrasının müəllimi kimi çalışır. Dr.İlqar Tahiroğlu Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində TAVİ, mitral clip, perifer damar angioplastikası, koronar angioplastika, sağ hemodinamik kateterizasiya, PFO qapatılması, ASD qapatılması, karotis stent, ürəyə kardiostimulyator yerləşdirilməsi ilə məşğul olur. Dr.İlqar Tahiroğlu öz üzərində daim çalışan, dünya mətbuatında tibbin ən yeni nailiyyyətlərini izləyən, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edən, bilik və bacarıqlarını artıran və işində tətbiq edən təcrübəli kardioloqdur.

Həkim haqqında ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/ilqar-tahiroglu/#

Bütün xəbərlər Facebook səhifəmizdə