Suraxanıda üçmərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli evdə yanğın olub

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 100 kv.m) olan üçmərtəbəli mansarda tipli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 40 kv.m sahədə və mansardasının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...