Məşhur müğənni təyyarə qəzasında dünyasını dəyişib

26 yaşlı braziliyalı müğənni Marila Mendonça təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Mendonçanın olduğu təyyarənin “Piedade de Caratinga” çölündə qəzaya uğraması nəticəsində öldüyünü təsdiqləyib.

Qəzada Mendonçadan başqa prodüser Henrike Ribero, Mendonçanın əmisi, təyyarənin pilotu və ikinci pilotu həlak olub.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə