Rusiyada hər kəsi şoka salan cinayət hadisəsi baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nijni Novqorod vilayətində qeydə alınan bıçaqlanma hadisəsi qeyri-adiliyi ilə diqqət çəkib. Vıksa şəhərinin Saltanov küçəsində yerləşən supermarketə naməlum şəxs daxil olaraq heç bir səbəb olmadan kassanın arxasında duran qadın satıcını bıçaqlayıb. Hadisənin görüntüləri marketin müşahidə kameralarına düşüb. Xəsarət alan satıcı qadın xəstəxanada dünyasını dəyişib. Çox keçmədən hadisəni törədən 44 yaşlı şəhər sakini polis tərəfindən saxlanılıb. O, ifadə zamanı hadisəni törətdiyini boynuna alsa da, hansı səbəbdən etdiyini deməkdən boyun qaçırıb.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB