Kişi və qadın idmançının birgə döyüşü böyük reaksiyalara səbəb oldu

Polşanın Çestoxova şəhərində Piotrek Muaboy ilə Ula Siekaçın şou döyüşü ölkədə böyük əks-səda doğurub. Rinqə çıxan ikili bir-birinə qalib gəlmək üçün amansızca yarışıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, idmançı Piotrek Muaboy rəqibi Ula Siekaçı qısa müddətdə məğlub etməyi bacarıb. Qadın idmançı üzünə dəfələrlə yumruq zərbələri səbəbi ilə ayağa qalxa bilməz hala gəlib. Qadının bu halını görən hakim, Piotrek Muaboyu saxlayıb və matçı yarımçıq dayandırıb. Bu hadisədə idmansevərlər matçın heç başlamamalı olduğunu bildiriblər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə