Tələbə düşərgəsində silahlı insident

İspaniya polisi Biskayya əyalətinin Lexona şəhərindəki Basklar Ölkəsi Universitetinin (UPV) tələbə düşərgəsinə hücum edən şəxsi tutaraq tərksilah edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bölgənin hüquq-mühafizə orqanlarından bildirilib.

“Hücumda şübhəli bilinən şəxs saxlanılıb, xəsarət alan olmayıb”, - deyə bölgə polisinin “Twitter” səhifəsində qeyd olunub.

Məlumata görə, “tüfənglə silahlanmış şəxsin olması” səbəbindən düşərgədə olanlar təxliyə edilib.

“Mundo” qəzeti şahidlərə istinadən yazır ki, silahlı şəxs binanın fasadına bir neçə dəfə atəş açıb, pəncərəni sındırıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə