SİA.az xarici mətbuata istinadən xəbər verir ki, avqusun 8-i saat 01 radələrində Xətai rayonunda intihar hadisəsi baş verib.

Baş Prokurorluqdan verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Ramal Rafiq oğlu özünü yaşadığı mənzildə asaraq intihar edib. Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

R.Mirzəyev Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının inzibatçısı kimi fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə